Qaz doldurma qurğusunda partlayış baş verdibackend

Keniyada qaz doldurma qurğusunda partlayış baş verib. 2 nəfərin ölümü ilə nəticələnən partlayışda ən azı 165 nəfər yaralanıb. Hadisə Keniyanın paytaxtı Nayrobidə baş verib. Gecə saatlarında qaz doldurma məntəqəsində güclü partlayış olub.

Partlayışla obyekt alov topuna çevrilib və böyük yanğın baş verib. Səlahiyyətlilər partlayış nəticəsində 2 nəfərin öldüyünü açıqlayıb.

İlkin məlumatlara görə, 165 nəfər yaralanıb və ölən və yaralananların sayının artacağından narahatlıq var.

Mənbə: TrtHaber

Aynur Camal