Qazax rayonunda baş verən söküntü işi rayon sakinlərində haqlı narazılığa səbəb olub.
32gun.az xəbər verir ki, rayondakı Didvan qülləsini söküb üzərində yeni “obyekt” tikirlər.
Bu barədə rayonun ən aktiv “Qazaxlılar” səhifəsində paylaşım edilib.
“Bu qüllə tarixi bir abidənin üzərində yerləşir. Bu tip iri daşlardan ibarət tikililər siklop tikililər adlanır.
Bu tikilinin ölkə ərazisində ikinci bir nümunəsinin olmadığı deyilir. Tarixinin də üç min olduğu düşünülür.
Fotolardan gördüyünüz kimi bu tikilinin üzərində kimsə obyekt tikib. Deyək ki, obyekti tikənin pulu var, onun tarixi irs qulağına deyil, bəs buna kim icazə verib, necə icazə verib və niyə icazə verib!?…
Göründüyü kimi adamlar heç əziyyət çəkib təməl atmayıblar, elə bu siklop tikilinin üzərindən binanı qaldırıblar.
Abidəni dağıt, obyekt tik, əsas odur pul gəlsin” – deyə səhifənin paylaşımında qeyd edilib.
Əldə etdiyimiz məlunata görə, obyekti tikdirən şəxs Bakıda yaşayan qazaxlı iş adamlarından biridir.