8 iyun tarixində Qazaxıstan paytaxtında iki gün davam edəcək Astana Beynəlxalq Forum-2023 öz işinə başlayıb.
“Yeni Gundem” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin himayəsi altında keçirilən forum əsas qlobal çağırışların həll yollarının axtarışına yönəlib.
Forumun işində Qırğızıstan Prezidenti, Qətərin Əmiri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Özbəkistanın Baş Naziri, YUNESKO-nun Baş Direktoru, BVF-nin İdarəedici Direktoru, ÜTT-nin Direktoru, ATƏT-in Baş Katibi, ATƏT PA-nın Sədri, ŞƏT-in Baş Katibi, TDT-nin Baş Katibi, AYİB-in Prezidenti, AİB-in Prezidenti və dünyanın müxtəlif yerlərdən gələn digər yüksək vəzifəli şəxslər, o cümlədən biznes icmasının nümayəndələri, ekspertlər, jurnalistlər iştirak edirlər.
Azərbaycandan olan nümayəndə heyətinə Energetika Naziri Pərviz Şahbazov rəhbərlik edir.
Forumun proqramı əsas məruzələri, panel sessiyaları, müzakirələri və digər tədbirləri əhatə edir.