“Qazilərin pensiya təminatı və müalicəsi ilə bağlı problemlər var” – Deputatbackend

“Qazilərin pensiya təminatı və müalicəsi ilə bağlı problemlər var. Bu məsələləri həll etmək lazımdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, yaşayış minimumuna yenidən baxılmalıdır: “Yaşayış minimumu təkmilləşdirilməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır”.

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.