Kürdərmir rayonunda qəribə oğurluq hadisəsi baş verib.
“Yenigundem”in DİN-ə istinadən verdiyi xəbərə görə, fevralın 7-də rayonun Xırdapay kəndindəki qəbiristanlıqda qəbirlərinin ətrafına çəkilmiş məhəcərlərin üzərlərində quraşdırılmış alüminiumdan olan bəzək əşyaları oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.