Qəbiristanlıqdan oğurluq edən Bakı sakinləri tutuldubackend

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən “Yenigundem”e verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi izləyin