Qəbul imtahanları üçün DİM-ə 8 milyon ayrılıbbackend

Büdcədən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, dövlət ümumtəhsil müəssisələrinin buraxılış və monitorinq imtahanlarının təşkili və keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb.

“Yeni Gündəm”  bildirir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu ilin büdcəsinin icrası ilə bağlı hesabatda yazılıb.

Bildirilib ki, həmin imtahanların keçirilməsi üçün Dövlət İmtahan Mərkəzinə 8 milyon manat vəsait ayrılıb. Bu isə 2018-ci ilə nisbətən 3 milyon manat çoxdur.