Qənbər Əhmədlinin “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının onlayn təqdimatı keçirildi – FOTOLARbackend

26 may 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, şair-publisist Qənbər Əhmədlinin “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının onlayn təqdimatı keçirilmişdir.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları akademik Nizami Cəfərov və Əziz Ələkbərli, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Belarusiya Respublikası Beynəlxalq Əlaqələr İnstitutunun dosenti Baladadaş Qənbərov, Belarusiya Respublikasının Qomel şəhərində Azərbaycan cəmiyyətinin fəal üzvi Bəyzadə Cəfərov, Azərbaycab Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu və digər qonaqlar iştirak etmişlər.
Tədbirin aparıcısı Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürəyya Zeynalova iştirakçıları salamlamış və onlara Qənbər Əhmədlinin yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə açılış nitqi ilə çıxış edərək, şəhidlərimizin adlarının yaşadılması, gənc nəslin qəhrəmanlarımızın həyatından örnək götürmələri məqsədilə şair-publisist Qənbər Əhmədlinin bu mövzuda kitab yazmasının nümunəvi addım olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən millət vəkilləri akademik Nizami Cəfərov və Əziz Ələkbərli Azərbaycanın öz tarixinin önəmli dövrünü yaşadığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qəlbəməzin bədii ədəbiyyatda vəsf olunmasının, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə cəmiyyətdə daha geniş təbliğ olunmasının vacib əhəmiyyətindən söz açmışlar.
Şəhidlərin adının əbədiləşdirilməsi məqsədi daşıyan “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının ərsəyə gəlməsi münasibəti ilə müəllifi təbrik edən digər çıxışçılar, ona yaradıcılıq uğurları arzulamışlar.
Sonda kitabın müəllifi Qənbər Əhmədli çıxış edərək, kitab haqqında iştirakçılara ətraflı məlumat vermiş, tədbirin təşkil olunmasına görə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.