Qənirə Paşayeva: “Siz Azərbaycanı Türkiyədən seçməyən aydınlarımızdansınız”backend

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalanla görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, parlamentdə baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Q.Paşayeva tarixi zəfərlə bitən 44 günlük Vətən müharibəsində, habelə Tovuz döyüşləri vaxtında qardaş ölkə media mənsublarının Azərbaycan həqiqətlərini yüksək peşəkarlıqla yaydığına görə Böyükelçiliyin mətbuat müşavirinə təşəkkür edib:

“Bilirik ki, bu işlərdə sizin də özünəməxsus zəhmətiniz, rolunuz vardır. Biz sizi müşavir tətin olunmamışdan öncədən tanıyırıq. Siz Azərbaycanı Türkiyədən seçməyən, bütövlükdə Türk dünyasının uğurları və mədəni birliyinin güclənməsi üçün çalışan aydınlarımızdansınız”.

Komitə sədri Türkiyə səfirliyinin mətbuat müşavirinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.