Qənirə Paşayeva və Arzu Bağırova Vətən Müharibəsi qazisi Vüqar Usublu ilə görüşübbackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva İmişli rayonunun Yalavac kəndinin sakini, Vətən Müharibəsi qazisi Vüqar Rabil oğlu Usublu ilə görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb:

“Əziz qazimiz,

Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Siz, Azərbaycan Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsiz. Bu medal sizə, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyiniz üçün verilib.
Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.
Sizi düşmən üzərində tarixi zəfər və cənab Prezident tərəfindən təltif olunmağınız münasibəti ilə təbrik edir, ilk günlərini yaşadığımız 2021-ci ildə yeni uğurlar diləyirəm”!
Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Qazi V.Usublu səmimi görüş və təbrik üçün Komitə sədri Q.Paşayevaya təşəkkür edib.