Rusiya prezidenti Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edərək bildirib ki, Qərb Rusiya iqtisadiyyatını məhv edə bilməyib.
“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir.
“Bilirsiniz ki, iqtisadiyyatımızı məhv etmək üçün kollektiv Qərb tərəfindən sistematik səylər edilib”, – Vladimir Putin bildirib.
Eyni zamanda,o vurğulayıb ki, Rusiya Federasiyasına qarşı bütün hərəkətlər ilk növbədə sürətli nəticə üçün hesablanıb.
Putin həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların nəticələri Rusiyada istehsal üçün təkcə mənfi cəhətləri deyil, həm də böyük üstünlüklərə malikdir.
Fərahim Rəhimov