Qərbi Azərbaycanlıların 1987-91-ci il deportasiyası zamanı tərk etməyə məcbur edildikləri Nüvədi kəndibackend

Meğri rayonunun Nüvədi kəndinin əhalisi 1991-ci ilədək onları ata-baba yurdlarından qovmaq istəyən erməni millətçilərinə qarşı dirəndi.

”Yeni Gundem” xəbər verir ki, 1991-ci ilin avqust ayında, gecə ikən kəndə silahlı hücum olur və yuxuda olan əhali dəhşət içərisində evlərini tərk etməyə məcbur edildi.Bu qərbi azərbaycanlıların çıxarıldığı sonuncu kənd idi, bununla Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı.

1994-cü ildə kəndin adı Ermənistan tərəfindən dəyişdirilərək “Nrnadzor” adlandırılıb.

Şəkildə gördükləriniz azərbaycanlıların vaxtilə bu kənddə yaşadıqları evlərin xarabalıqlarıdır.