“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bu gün sionist işğal rejiminin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına təşkil etdiyi hücumda şəhid olan fələstinlilər üçün Türkiyənin bütün məscidlərində qiyabi olaraq salavat oxunacaq və cənazə namazı qılınacaq.
Diyanət İşləri Başçısı Əli Ərbaş bu gün bütün məscidlərdə günorta namazından əvvəl salavatların oxunacağını və Qəzzədə sionist işğalçılar tərəfindən qətlə yetirilənlər üçün günorta namazından sonra qiyabi cənazə namazının qılınacağını açıqlayıb.
Erbaş sosial media hesabından verdiyi açıqlamada, “Bu gün bütün məscidlərdə İsrailin Fələstinə etdiyi hücumlarda vəhşicəsinə qətlə yetirilən müsəlman qardaşlarımız üçün günorta namazından əvvəl salavat oxunacaq, ardınca isə qiyabi cənazə namazı qılınacaq” deyib.
Mənbə: İLKHA
Aynur Camal