Qeyri-adi avtobuslarbackend

Moskvada qeyri-adi avtobus peyda olub

Moskvanın mərkəzində MFC işçilərinin “Sənədlərim” adlı mərkəzləri Moskva Nəqliyyat Departamenti ilə birlikdə “Yaxşı Marşrut” kampaniyasına başlayıblar.

Belə ki, sərnişinlər avtobusda QR kodu vasitəsilə MFC işçilərinin təsirli hekayələrini oxuya bilərlər. Bu barədə Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova danışıb. Onun sözlərinə görə, avtobus bir ay – yanvarın 29-dan fevralın 29-dək hərəkət edəcək.

“Biz bununla ofis mütəxəssislərinin ziyarətçilərə qarşı həssas və qayğıkeş münasibətini nümayiş etdiririk.

Ümid edirik ki, belə bir aksiya bizə bir-birimizə qarşılıqlı yardımın və dəstəyin vacibliyini bir daha xatırladacaq və sərnişinləri müsbət emosiyalarla dolduracaq” deyə o  bildirib.

Mənbə: Lenta.Ru

Aynur Camal