Qeyri-adi gecə işığının özəllikləri- VİDEObackend

Sosial şəbəkələri fəth edən kosmos topu: 1000 rubla başa gəlir.

X (Twitter) istifadəçiləri qeyri-adi gecə işığından məmnundurlar. İçərisində boşluq olan işıqlı sfera əcnəbiləri valeh etdi – sosial şəbəkələrdə bu ucuz qacetin artıq yüzlərlə videosu var.

Bütün səs-küy, içərisində müxtəlif dizaynlar olan şüşə topdan qaynaqlanır. Top parlaq LED lampası olan taxta dok stansiyası ilə gəlir. Dok-stansiyanı yandırsanız və üzərinə top yerləşdirsəniz, 3D effektli atmosfer gecə işığı alacaqsınız.

Qadcet öz gözəlliyi və sadəliyi ilə böyükləri və uşaqları valeh edib. Adətən yataq masasına qoyulur və yatmazdan əvvəl açılır. Alışdan əvvəl istifadəçi topun içərisində təsvir olunacaq dizaynı, həmçinin lampa seçimini seçə bilər: 7 rəngli və ya tək rəngli. Dok-stansiya USB-A kabeli ilə qidalanır. Bunları Ozon, AliExpress, Amazon kimi satış mağazalarından əldə etmək olar.

Mənbə: mail.ru

Aynur Camal