Qeyri-insani soyqırım! “aclıq və susuzluqdan” ölənlərin sayı artmaqda davam edirbackend

İşğalçı İsrailin 5 aya yaxındır hücumlarını davam etdirdiyi və yardımların ölkəyə daxil olmasına mane olaraq böyük “humanitar fəlakət” törətdiyi Qəzza zolağında qida çatışmazlığı və susuzluqdan ölənlərin sayı 20-yə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi yazılı açıqlamada Qəzza şəhərindəki Şifa xəstəxanasında 15 yaşlı bir uşağın qida çatışmazlığı və susuzluqdan öldüyünü bildirib. Qəzzanın şimalındakı Beyt Lahiyadakı Kemal Advan xəstəxanasında 72 yaşlı fələstinlinin qida çatışmazlığı və susuzluqdan öldüyünü bildirən Kudra, Qəzza zolağında qida çatışmazlığı və susuzluqdan ölənlərin sayının 20-yə yüksəldiyini qeyd edib.

Qidalanma və susuzluqdan ölənlərin sayının yalnız xəstəxanalara çatanları əks etdirdiyini ifadə edən Kudra, “Onlarla insanın xəstəxanalara çatmamış aclıqdan səssizcə öldüyünü təxmin edirik” deyib.

Birləşmiş Millətlər Təşkilatı İsrailin intensiv hücumu altında olan Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi.

BMT-nin məlumatına görə, Qəzzada 378 min insan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) şkalasına görə “fəlakətli” adlandırılan 5-ci dərəcəli aclıqla, 939 min insan isə “fövqəladə vəziyyət” olaraq bilinən 4-cü səviyyə aclıqla üzləşib”.

Xüsusilə Qəzzanın şimalında yaşayan fələstinlilərin un tapa bilmədikləri üçün heyvan yemi üyütməyə başladığı bildirilir.

Mənbə: Ahaber

Aynur Camal