Böyük Britaniya qanunsuz miqrantların sığınacaq üçün 17 min müraciətini ləğv edib, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Sion Ridli parlamentin saytında məlumat yayıb.
O, aydınlaşdırıb ki, ərizəçi iki dəfə müsahibəyə gəlmədikdə və ya sorğu anketinin doldurulması ilə bağlı müraciətlərə cavab vermədikdə sorğu geri götürülür. “Düşünmürəm ki, biz bu insanların harada olduğunu bilmirik” məmur deyib.
Ridli bildirib ki, Britaniya hakimiyyəti il ərzində qeyri-qanuni miqrantların 17316 müraciətini ləğv edib. Onun sözlərinə görə, buna səbəb sığınacaq axtaran şəxslərin sistemlə qarşılıqlı əlaqədə olmaq istəməməsi, xüsusən də həmin şəxslərin müsahibəyə dəvət olunduqdan sonra əlaqə saxlamaması olub. Daxili İşlər Nazirliyinin nümayəndəsi ərizəçilərdən bəzilərinin qaçaraq gizləndiyini də etiraf edib.
Times daha əvvəl yazmışdı ki, Böyük Britaniya hökuməti Şimali Yorkşirdəki keçmiş aviabazada qanunsuz miqrantların yerləşdirilməsi planlarına böyük məbləğdə pul xərcləyib, lakin sonra yerli əhalinin narazılığına görə onlardan imtina edib.
Mənbə: Lenta.Ru
Aynur Camal