Qeyri-qanuni yolla nüvə enerjisi əldə edildibackend

Şimali Koreyanın qeyri-qanuni yolla nüvə enerjisi üçün pul tapıb.

BMT Təhlükəsizlik Şurasının Sanksiyalar Komitəsinin hesabatının mətbuata sızması ilə Şimali Koreyanın kiberhücumlardan kriptovalyuta əldə etdiyi və onu nüvə silahı proqramını maliyyələşdirmək üçün xərclədiyi iddia edilib. Mətbuata sızan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (UNSC) Sanksiyalar Komitəsinin hesabatında Şimali Koreyanın nüvə silahı proqramını kiberhücumlardan əldə etdiyi kriptovalyuta gəlirləri ilə maliyyələşdirdiyi iddia edilib.

Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyinin nəzərdən keçirdiyi hesabatda Şimali Koreyanın 2017-2023-cü illər arasında kriptovalyuta şirkətlərinə 58 kiber hücum təşkil etdiyi bildirilir.

Şimali Koreyanın xarici kəşfiyyat xidməti RGB-yə bağlı hakerlər tərəfindən həyata keçirilən hücumlardan təxminən 3 milyard dollar gəlir əldə edildiyi və Pxenyan rəhbərliyinin nüvə silahı inkişaf proqramında bunlardan istifadə etdiyi iddia edilib.

Xəbərdə Şimali Koreyanın son məlum nüvə raket sınağının 2017-ci ildə keçirildiyi xatırladılıb və ölkənin həmin ildən bəri nüvə silahı və parçalanma materialları hazırlamaq səylərini sürətləndirdiyi bildirilib.

Ötən il Şimali Koreya ballistik raket sınaqlarını davam etdirib, orbitə casus peyki çıxarıb və taktiki nüvə sualtı qayığı hazırlayıb.

BMT Şimali Koreyanın nüvə silahı və ballistik raketləri sınaqdan keçirməsinin qarşısını almaq üçün 2006-cı ildən ona qarşı sanksiyalar tətbiq edir. Çin və Rusiya isə Pxenyan administrasiyasının nüvə silahından əl çəkməsi üçün ilk növbədə sanksiyaların yumşaldılmalı olduğunu iddia edirlər.

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In sentyabrda görüşmüşdü. Görüşdə iqtisadi və hərbi əməkdaşlığın genişləndiriləcəyi də vurğulanmışdı.

Digər tərəfdən ABŞ Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya silah verdiyini iddia edib. Pxenyan və Moskva bu ittihamları rədd edib.

Mənbə: TGRT

Aynur Camal