Qəzet əməkdaşları 40 ildən sonra ilk dəfə tətilə çıxdılarbackend

ABŞ-da “Washington Post” qəzetinin əməkdaşları 1970-ci illərdən bəri ilk dəfə tətil etmək qərarına gəliblər. ABŞ-ın nüfuzlu media qurumlarından biri olan Washington Post, iqtisadi çətinliklərə görə işçilərini ixtisar etmək qərarından sonra tətil reaksiyası ilə üzləşib.

Qəzet işçiləri 24 saat iş dayandırmağa getdilər.

Paytaxt Vaşinqtonda yerləşən qəzetin 700 əməkdaşı (ümumi işçilərin sayının təxminən dörddə biri) həmkarlar ittifaqlarının qəbul etdiyi qərara uyğun olaraq, müqavilə danışıqlarının dayandırılmasına və gözlənilən ixtisarlara etiraz olaraq 24 saatlıq iş dayandırıb.

Post Gildiya Birliyi öz bəyanatında 18 aydır ki, qəzet rəhbərliyi ilə müqavilə danışıqları apardıqlarını, lakin rəhbərlik “səmimi sövdələşmədən” imtina edərək danışıqları dayandırdığını bildirib.

Həmkarlar ittifaqı rəhbərləri 1970-ci illərdən bəri ilk dəfə mətbuat təşkilatında tətil olduğunu, son zamanlar qəzetin abunəçi sayında durğunluq olduğunu vurğulayıblar.

Ölkə mətbuatı Amazon-un qurucusu Ceff Bezosa məxsus “Washington Post”un abunəçilərinin sayının 2020-ci ildə təxminən 3 milyondan bu il təxminən 2,5 milyona düşdüyünü bildirib.

Qəzetin müvəqqəti baş meneceri Patty Stonesifer oktyabr ayında maliyyə çətinliklərini əsas gətirərək 240 nəfərin işdən çıxarılacağını açıqlamışdı.

Mənbə: EnSonHaber

Aynur Camal