HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzada həlak olan sionist işğal rejiminin qondarma əsgərlərinin sayının elan ediləndən çox olduğunu bildirib.
“Yeni Gundem” xəbər verir ki, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Əl-Cəzirə televiziya kanalında yayımlanan səsli mesajında, “İşğal nəticəsində ölənlərin sayı düşmənin elan etdiyindən qat-qat çoxdur” deyib.
“İndiyədək biz işğalçıların bir tank batalyonunu məhv etmiş, çoxlu sayda düşmən əsgərini öldürmüş və yaralamışıq”.
Əbu Ubeyde, “Düşmən xəttinin arxasına sızaraq, sıfır nöqtədən onlara hücum etməyi bacardıq. Bu axşam Qəzza şəhərinin şimal-qərb bölgəsində əks-hücum keçirərək 6 tank və 2 personal daşıyıcısını məhv etdik” deyib.
“İşğal nəticəsində ölənlərin sayı düşmənin elan etdiyindən qat-qat çoxdur”. Əbu Ubeyde, “Düşmənin “Tiger” personal daşıyıcısı bizim ilk atəşimizlə raketlərimizin qarşısına düşdü. Qəzzanı sionist birlik üçün tarixin lənətinə çevirəcəyik” deyib.
Mənbə: İLKHA
Aynur Camal