İsrailin Qəzzaya hücumlarının 138-ci günündə həyatını itirən fələstinlilərin sayı 29 min 313-ə yüksəlib.
HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq 138 gündür Qəzzanı bombalayan İsrail son 24 saatda 118 fələstinlini qətlə yetirib. Fələstin Səhiyyə Nazirliyi Qəzzada bölgədə ölənlərin sayının 29 min 313-ə yüksəldiyini açıqlayıb. İsrail qüvvələrinin hücumlarında yaralananların sayı 69 min 333-ə çatıb.Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Digər tərəfdən İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi Əl-Məvasi bölgəsindən geri çəkilərək çoxlu cəsəd qoyub.
İsrail qüvvələri ötən gecə daxil olduqları Xan Yunusun qərbindəki Mavasi bölgəsindən və şimal-şərqdəki Əl-Karara limanı ətrafından 10 saatlıq hücumdan sonra geri çəkilib. İsrail ordusunun geri çəkilməsindən sonra yollarda və əkinçilik sahələrində çoxlu fələstinlinin cəsədi görünüb.
Sözügedən fələstinlilərin odlu silahlarla vurularaq öldürüldüyü aydınlaşarkən, bölgədəki yollarda, evlərdə və infrastrukturda böyük dağıntılar da diqqət çəkdi.
İsrail ordusu ötən gecə Xan Yunusun qərbində yerləşən Mevasi bölgəsinə daxil olub.
Fələstinin rəsmi xəbər agentliyi WAFA, Mevasidəki hücumlarda ən azı 26 nəfərin öldüyünü açıqlayıb.
Mənbə: TGRT
Aynur Camal