Xəstəxanalarda yaralılar üçün yer qalmadığını açıqlayan Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl Kudra Qəzzada səhiyyə sisteminin çökmək üzrə olduğunu vurğulayıb.
“Yeni Gundem” in əldə etdiyi məlumata görə, İsrailin tam blokada elan etdiyi və elektrik enerjisini kəsdiyi Qəzza zolağında humanitar böhran dərinləşir. Bölgədəki yeganə elektrik stansiyasının yanacağı tükəndiyi üçün xəstəxanalar elektrik enerjisinə ehtiyaclarını generatorlardan qarşılamağa çalışırlar.
Nazir Əl-Qudra bəyan edib ki, İsrailin elektrik enerjisi və yanacaq təchizatını kəsməsi yaralıların həyatı üçün təhlükə yaradır və sağlamlıq və ekoloji fəlakətə səbəb olur. Humanitar böhrana görə bütün məsuliyyətin İsrailin üzərinə düşdüyünü bildirən Əl-Qudra beynəlxalq ictimaiyyəti tibbi ləvazimatların Qəzzaya təhlükəsiz keçməsini təmin etmək üçün təcili tədbirlər görməyə və çox gec olmadan yaralıları müalicə etməyə çağırıb.
İsrailin mülki yaşayış məntəqələrinə hücumu nəticəsində yaralanan qohumlarını Şifa xəstəxanasına gətirən bir fələstinli, “Evimi, qonşularımın evlərini və bölgədəki digər evləri hədəfə alan hücum zamanı yatmışdım. Yuxudan oyananda ətrafımda ölü və yaralıların olduğunu gördüm. Oğlumu və əmisi oğlunu dağıntılar altından çıxardım, qonşular gəlib onları xəstəxanaya aparmağa kömək etdilər”.
İsrail Fələstinə müqavimət göstərə bilmədiyi üçün günahsız insanları güllələyir. İsrail müqavimətdən qorxur və buna görə də uşaqları hədəf alır. İsrailin həyata keçirdiyi hücum bizə qarşı edilən böyük haqsızlıqdır. Bu torpaqlar bizimdir. Bütün Fələstin xalqı müqavimətin yanındadır. Bu yaralı uşaq, “Mən onların tərəfindəyəm. Ölsəm də mübarizənin tərəfindəyəm” deyib.
Fələstin Səhiyyə Nazirliyinin son açıqlamasına görə, İsrailin Qəzzaya hücumları nəticəsində 1354 fələstinli həyatını itirib, 6049 fələstinli isə yaralanıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal