Qəzzada uşaq və qadın ölümləri Rusiya-Ukrayna müharibəsindən 6 dəfə çox oldubackend

Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddiası ilə mühakimə olunan İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana hücum etdiyi Qəzza zolağında qadın və uşaq ölümlərinin Rusiya-Ukrayna ölümlərindən 6 dəfə çox olması faktı 2 ildir davam edən müharibə burada yaşanan vəhşiliyi ortaya qoyur.

İsrail təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağını havadan, qurudan və dənizdən davamlı olaraq bombalayır.

Fələstin mənbələrinə görə, İsrail bu hücumlarda 66 min tondan çox partlayıcıdan istifadə edib. Bu o deməkdir ki, Qəzzaya hər kvadrat kilometrə 183 ton partlayıcı atılıb.

Hücumlar nəticəsində Qəzza xarabalığa çevrilərkən, bölgədə 1,9 milyon fələstinli didərgin düşüb.

İsrailin hücumlarında 29 min 410 fələstinli həlak olub, 69 min 465 nəfər yaralanıb. Hücumlarda ölənlərin ən azı 12660-ı uşaq, 8570-i isə qadındır.

Xəsarət alanların 70 faizindən çoxu qadın və uşaqlardır. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bir tərəfdən İsrailin hücumlarından xilas olaraq həyatda qalmaq üçün mübarizə aparan fələstinlilər də Təl-Əviv rəhbərliyinin bölgəyə yardım girişinə qoyduğu məhdudiyyətlər səbəbiylə aclıqla mübarizə aparır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin sıx hücumu altında olan Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

BMT-nin məlumatına görə, Qəzzada 378 min insan “fəlakət” adlanan 5-ci dərəcə aclıqla, İnteqrasiya Qida Təhlükəsizliyi Mərhələ Təsnifatına (IPC) görə isə 939 min insan “fövqəladə vəziyyət” olaraq bilinən 4-cü səviyyə aclıqla üzləşib.

Qəzza zolağında kəskin ərzaq təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatının “kritik” olaraq təyin etdiyi 15 faizlik həddi keçərək 16,2 faizə çatıb.

İsrailin hücumlarına istinad edərək, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzzanın şimalına həyat qurtaran ərzaq yardımının şərtlərin təhlükəsiz paylanmasına imkan verənə qədər dayandırılması qərarına gəlib.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) həmçinin İsrailin zorla aclıq və susuzlaşdırma yolu ilə humanitar fəlakətə səbəb olduğu Qəzza zolağının şimalındakı fələstinlilərin aclıq həddində olduğunu açıqlayıb.

Xüsusilə Qəzzanın şimalında yaşayan fələstinlilərin un tapa bilmədiklərindən heyvan yemini üyüdərək istehlak etmək məcburiyyətində qaldıqları bildirilir.

 Rusiya-Ukrayna müharibəsində mülki ölümlər

Rusiya-Ukrayna müharibəsinin başlamasından 2 il keçməsinə baxmayaraq, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının (HRMMU) fevralın 7-də dərc etdiyi məlumatlara görə, müharibə başlayandan bəri 10 min nəfər ölüb. 579-u uşaq, 2 min 992-si qadın olmaqla, ölkədə 378 mülki şəxs həlak olub, 19 min 632 mülki şəxs yaralanıb.

Ölənlərin 8095-i Ukrayna ərazisində, 2283-ü isə Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş ərazilərdə baş verib.

Hesabatda rəqəmlərin daha çox ola biləcəyi bildirilir.

Oktyabrın 7-dən bəri İsrail tərəfindən Qəzzada öldürülən qadın və uşaqların sayı, Rusiya-Ukrayna müharibəsində son 2 ildə həyatını itirən qadın və uşaqların sayının 6 qatından çoxuna bərabərdir.

Mənbə: TrtHaber

Aynur Camal