Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 17 min 177-yə yüksəldiyini açıqlayıb.
Əl-Qudra həmçinin son 24 saatda İsrailin hücumlarında 350 nəfərin həyatını itirdiyini, 1900 nəfərin isə yaralandığını açıqlayıb.
Əl-Qudra, yaralıların yüzdə birindən azının oktyabrın 7-dən müalicə üçün Misirə təxliyə edildiyini bildirilib.
Qəzza zolağının şimalında səhiyyə sisteminin demək olar ki, tamamilə çökdüyünü bildirən əl-Qudra, Şifa xəstəxanasının yenidən fəaliyyətə başlaması üçün səylərin davam etdiyini və Şifa xəstəxanasının direktoru da daxil olmaqla 36 tibb işçisinin hələ də İsrail qüvvələri tərəfindən nəzarətdə saxlanıldığını bildirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal