“Qəzzada vəziyyət artıq kritik həddi keçib”backend

Rusiya prezidenti Vladimir Putin Qəzzada qapalı qalan vətəndaşlarına kömək edəcəklərini ifadə edərək, “Qəzzada vəziyyət artıq kritik həddi keçib” deyib.

Dünya 47 gündür bir vəhşiliyə şahidlik edir…

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada hökumət üzvləri ilə onlayn görüşündə cari məsələlərlə bağlı açıqlamasında deyib.

Azad olunmaq üçün 900-dən çox müraciət aldıqlarını bildirən Putin, “Onlardan 639-u Rusiya vətəndaşı, 271-i isə bu vətəndaşların qohumlarıdır” deyib.

“Biz orada nə baş verdiyini görürük.”

Vətəndaşların təxliyəsinə önəm verdiklərini vurğulayan Putin deyib:

Bu, çox mühüm, humanist və nəcib bir vəzifədir. Baş verən hadisələrin qurbanı olan insanlara kömək etməliyik. Orada nə baş verdiyini görürük. Ona görə də vətəndaşlarımıza xüsusilə kömək etmək bizim müqəddəs borcumuzdur.

“Biz S-300 hava hücumundan müdafiə sistemini Tacikistana çatdırdıq”.

Putin bəyan edib ki, dünən Moskvada Tacikistan prezidenti Emomali Rəhmanla görüşüb və təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ilə ortaq müdafiə sisteminin yaradılmasının vacibliyinə diqqət çəkən Putin, bu istiqamətdə işlərin aparıldığını bildirib və “Tacikistana iki qrup S-300 hava hücumundan müdafiə sistemi təhvil verdik. Ümumilikdə 8 buraxılış sistemi var” bəyanatını da verib.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal