Qəzzalı həkim ailəsini itirdiyini telefonla öyrəndibackend

Qəzzadakı İndoneziya Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Həkim Məhəmməd əl-Ran telefonla İsrailin hücumu zamanı evinin bombalandığını və ailəsini itirdiyini öyrənib.

“Yeni Gundem” xəbər verir ki, Qəzzadakı İndoneziya Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Dr. Məhəmməd ər-Ranın evi İsrail tərəfindən bombalanıb.

Dr. El-Ran bombardmanda ailəsini itirdiyini telefonla öyrənib.

Məhəmməd ər-Ranla eyni xəstəxanada işləyən həkim Muayyed er-Ran xəbəri eşidəndə göz yaşlarına boğulub.

İsrailin hücumları səbəbindən Qəzza zolağında qida və içməli suda ciddi böhran yaşansa da, insanlar natəmiz su istehlak etmək məcburiyyətindədirlər.

Xəstəxanaların əhəmiyyətli bir hissəsi İsrailin xəstəxanaları hədəf alması və məhdudiyyətləri səbəbindən xidmətdən çıxsa da, qalan xəstəxanalar xəstələrə və yaralılara sağlamlıq xidməti göstərmək üçün lazım olan dərman və tibbi avadanlıq böhranı yaşayır.

Mənbə: TrtHaber

Aynur Camal