Qəzzalı qadınlar küçələrdə çörək bişirirlərbackend

Qəzzada bir çox çörək zavodları yanacaq qıtlığı səbəbindən çörək bişirə bilməsə də, insanlar çörəyə ehtiyaclarını küçələrdə bişirməklə qarşılayırlar.

Sionist işğal rejimi oktyabrın 7-dən Qəzzaya su, ərzaq və yanacaq daşınmasına icazə verməyib.

Sionist işğal rejimi blokadada olan Qəzza zolağında çörəkbişirmə müəssisələrini də hədəfə alıb.

Hücuma məruz qalan bir çox çörək sexləri yararsız hala düşüb. Mühasirəyə alınmış Qəzza hökumətinin media ofisi bəyan edib ki, sionist rejim qəsdən çörəkxanaları və onların ətrafını bombalayıb.

Bildirilir ki, sionist rejim çörəkbişirmə sexlərini hədəfə almaqla regionda humanitar vəziyyəti daha da pisləşdirməyi hədəfləyir.

Mənbə: İLKHA

Aynur Camal