Qəzzanın dağıntılı küçələrində Ramazan hazırlıqlarına başlanıldıbackend

İsrailin havadan, qurudan və dənizdən hücumlarını davam etdirdiyi Qəzzada xalq Ramazan ayına sayılı günlər qalaraq ciddi hazırlıqlara başlayıb.

Dünya 5 aya yaxındır ki, ikinci müharibənin şahidi olur…

İllərdir blokadada olan Qəzza zolağında qəddarlıq bitmir.

İsrail ordusu uşaq, qadın və qocadan asılı olmayaraq bölgəyə hücumlarını davam etdirir.

Ölənlərin sayı 30 minə yaxınlaşdı

Qəzza xalqı gecə-gündüz üzərinə bombalar yağdırarkən sağ qalmaq uğrunda mübarizə apararkən, can itkisi günü-gündən artır.

143 gündür davam edən hücumlarda həyatını itirənlərin sayı 29 min 692, yaralananların sayı isə 69 min 879-a yüksəlib.

70 min ton bomba atıldı

Digər tərəfdən, İsrail mülki yaşayış məntəqələrinə təxminən 70 min ton bomba atdı. Sağlam qalan strukturların sayı getdikcə azalır.

Ramazanın acı-şirinli sevinci…

Qarşıdan Ramazan ayı gəlir… Bölgədə müsəlmanlar acı-şirinli sevinc və həyəcan yaşayırlar.

Ramazana bir neçə gün qalmış Qəzzanın cənubunda Misir sərhədində yerləşən və müharibə nəticəsində didərgin düşmüş 1,5 milyon əhalisi olan Rəfah şəhərində fələstinlilər Ramazanın simvollarından biri olan “Ramazan fənərləri” satmağa başlayıblar.

Kadrlarda müharibənin kölgəsində olan hazırlıqlar öz əksini tapıb…

Mənbə: EnSonHaber

Aynur Camal