İsrailin havadan, qurudan və dənizdən hücum etdiyi Qəzza pilotsuz təyyarə ilə ələ keçirilib.
Oktyabrın 7-dən bu yana müharibənin bütün şiddəti ilə davam etdiyi Qəzzada humanitar böhran başlayandan sonra İsrailin tərk etdiyi dağıntının havadan görüntüsü paylaşılıb. Şəhərin xarabalığa çevrildiyi görülüb.
Dünyanın gözü İsrail-Fələstin müharibəsindədir.
49 gündür davam edən müharibədə İsrailin insanlıq faciəsinə səbəb olan hücumları nəticəsində itkilərin sayı getdikcə ağırlaşır.
Mülki əhalinin hədəf alındığı müharibədə qadınlar və uşaqlar öldürülür.
Müharibənin bugünkü nöqtəsində Həmas ilə İsrail arasında razılaşma ilə Qəzzaya hücumlar 4 gündür dayandırılıb. Məhkum mübadiləsinə və humanitar yardıma imkan verəcək humanitar fasilə də başlayıb.
Humanitar fasilənin başlamasından sonra İsrailin Qəzzada buraxdığı dağıntılar havadan görüntülənib.
Bölgədə 45 mindən çox bina dağıldıqdan sonra şəhər xarabalığa çevrilib. Xəstəxanalar, məscidlər və məktəblər də hədəf olub. Yaşayış yerlərinin 60 faizindən çoxunun zədələndiyi açıqlanıb.
Mənbə: EnSonHaber
Aynur Camal