Qəzzaya 10 milyon litr yanacaq bağışlandıbackend

İraq hökuməti Qəzza zolağındakı xəstəxanalar üçün 10 milyon litr yanacaq bağışlayacağını açıqlayıb.

İraq Baş Nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, “Qəzza zolağında işğalçı qüvvələrin hücumuna məruz qalan Fələstin xalqının ağrılarını yüngülləşdirmək üçün Nazirlər Şurası xəstəxanalar üçün 10 milyon litr yanacaq bağışlamağa qərar verdi”- deyə bəyanata daxil edilmişdir.

Açıqlamada sözügedən yanacağın necə göndəriləcəyi ilə bağlı məlumat verilməyib.

Mənbə: İLKHA

Aynur Camal