Qəzzaya göndərilən sağlamlıq gəmisi Misirə çatdıbackend

Türkiyədən Qəzzaya göndərilən tibbi ləvazimatları daşıyan gəmi Misirin Əl Ariş limanına gəlib.

“Yeni Gundem” xəbər verir ki, gəmidə 20 tam təchiz olunmuş təcili yardım maşını və UMKE avtomobilləri, həmçinin səhiyyə müəssisələrinin enerji dəstəyi üçün generatorlar var.

Gəmiyə həmçinin əməliyyat otaqları və reanimasiya şöbələri olan sahə xəstəxanaları, tam təchiz olunmuş şişmə sahə xəstəxanaları və bu xəstəxanalarda istifadə olunacaq tibbi dərmanlar və istehlak materialları daxildir.

Mənbə: İLKHA

Aynur Camal