“Yeni Gundem” xəbər verir ki, Qəzza hökumətinin mətbuat ofisi, İsrailin hücumları nəticəsində mətbuatda yer alan ölən, yaralanan və qurumlarla bağlı yazılı açıqlama verib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb: “İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda 8 jurnalist həyatını itirib. 10 jurnalist yaralanıb, 2 jurnalist itkin düşüb”.
Açıqlamaya görə, ölən jurnalistlərin adları Səid əl-Tavil, Muhammed Subh, Hişam en-Navacihe, İbrahim Lafi, Muhammed Jarğun, Muhammed es-Salihi, Esad Şemlah həyatını itirib. Selame Mimedir və Nidal əl-dən isə heç bir xəbər yoxdur.
Açıqlamada İsrail ordusunun həyata keçirdiyi hücumlarda 3 jurnalistin evinin tamamilə dağıdıldığı, şəhərdəki 40 media orqanının isə hava hücumlarının hədəfi olduğu vurğulanıb.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.
Daha sonra buradan silahlı qruplar İsrail daxilində qeyri-qanuni yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi, 106-sı ağır olmaqla 2806 nəfərin yaralandığı bildirilib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 260-ı uşaq, 200-ü qadın olmaqla 900 nəfərin həyatını itirdiyini, 4500 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində isə İsrail əsgərlərinin hücumları nəticəsində 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin isə yaralandığı bildirilib.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal