İsrail ordusu Kipr adası üzərindən Qəzzaya humanitar yardım aparan gəmini qarşılamağa hazırlaşdığını bildirib.
İsrail ordusu bombardman və blokada altında olan Qəzza zolağına ilk dəniz yolu ilə humanitar yardım daşınması ilə bağlı açıqlama verib.
Açıqlamada İspaniyanın “Open Arms” qeyri-hökumət təşkilatı və ABŞ-da yerləşən “World Central Kitchen” təşkilatının 200 ton ərzaq yardımı daşıyan və Kipr adasından yola düşən gəmini martın 12-də qarşılamağa hazırlaşdıqları bildirilib. “Yardım əməliyyatı İsrail hökuməti və ABŞ administrasiyasının tələbi əsasında İsrail ordusu və mülki hakimiyyət orqanları ilə koordinasiya edilib.” Bunun “bir şəkildə” həyata keçirildiyi bildirilib.
Yunan qəzetləri yardım materialının da İsrail rəsmiləri tərəfindən əvvəlcədən yoxlanıldığını, Cənubi Kipr Rum Administrasiyasının Larnaka limanından yola düşən gəminin 2 gün ərzində Qəzza sahillərinə çatmasının gözlənildiyini yazıb.
Mənbə: TrtHaber
Aynur Camal