İordaniyada minlərlə insan Qəzzaya və Fələstin müqavimətinə dəstək üçün paytaxt Əmmanda yürüş keçirib.Müsəlman Qardaşlar Təşkilatının siyasi qanadı olan İslam Əmək Cəbhəsi Partiyasının dəvəti ilə “Gürgülü sel” şüarı ilə təşkil edilən yürüşə minlərlə insan qatılıb.
“Yeni Gundem” xəbər verir ki, paytaxt Əmmandakı Əl-Hüseyni məscidi qarşısında axşam namazından sonra başlayan yürüş Palm Meydanında gecə namazına qədər davam edib.
Qəzza tərəfdarı və Fələstin müqaviməti şüarları səsləndirən nümayişçilər İsrailin Əmmandakı səfirinin deportasiyasını və səfirliyin bağlanmasını tələb ediblər. Əllərində İordaniya və Fələstin bayraqları, həmçinin
“Sizi müharibədə tək qoymayacağıq… İordaniya xalqı Fələstin xalqının yanındadır”, “Əqsa tufanı müharibədir” kimi şüarlar yazılmış plakatlar daşıyan nümayişçilər hamımız” və buna bənzər şüarlar səsləndirərək, “Xalq Fələstini xilas etmək istəyir”
şüarını səsləndirib, sərhədlərin açılmasını istəyib.
İordaniya parlamentinin üzvü Saleh əl-Armuti yürüş zamanı verdiyi açıqlamada, HƏMAS-ın hərəkətlərinin “əsrin razılaşması, İordaniya xəritəsi üzərində qəyyumluğun dəyişdirilməsi və.s kimi məsələləri tez bir zamanda həll etməli və HƏMAS ilə əlaqə saxlamalı və mərhum Kral Hüseyn bin Talalın Əmmanda ofis quraraq etdiyi kimi etməlidir.
Millət vəkili Armuti, “Qəzzada baş verənlər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməyi tələb edən müharibə cinayətləri və soyqırımıdır” deyə vurğulayıb.
Mənbə: TrtHaber
Aynur Camal