İstanbulda Peyğəmbər Aşiqləri Vəqfi və Azad Qüds Platformasının liderliyində bir çox qeyri-hökumət təşkilatı bazar günü “Qəzzəyə dəstək yürüşü” təşkil edəcək.
Peyğəmbər Aşiqləri Vəqfi və Azad Qüds Platformasının liderliyi ilə, Fələstinli müsəlmanlara dəstək olmaq və işğalçıları lənətləmək məqsədilə bir çox QHT-nin dəstəyi ilə “Qəzzəyə Dəstək Yürüşü” təşkil olunacaq.
Yürüş dünya ictimai rəyini Qəzzada soyqırımı və işğalçıların hücumlarını dayandırmağa çağıracaq.
Türkiyədə Fatih məscidində saat 15.30-da başlayacaq və ailələri iştiraka dəvət edəcək yürüş, Edirnekepi Mihrimah Sultan Məscidi ilə üzbəüz dayanacaqda oxunacaq mətbuat şərhi ilə yekunlaşacaq.
Mənbə: İLKHA
Aynur Camal