Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!
AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və “təhlükəsizlik radarına” kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur.
”Yeni Gundem” yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuj səhifəsində yazıb. Cavanşir Həsənli daha sonra yazdıqlarını şərh edərək yazır:
Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin tərzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq.
Cavanşir Həsənli