Qırğına bənzər qəza: 14 ölü, 35 yaralıbackend

Tailandda ikimərtəbəli şəhərlərarası avtobus idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 14 nəfərin öldüyü, 35 nəfərin yaralandığı öyrənilib.

Taylandın paytaxtı Banqkokdan Na Thavi şəhərinə hərəkət edən və içərisində 3 rəsmi və 46 sərnişinin olduğu iki mərtəbəli avtobus Thap Sakae əyalətindən keçərkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Toqquşmanın şiddəti nəticəsində avtobus az qala ikiyə bölünüb. Əraziyə polis, təcili yardım və xilasetmə qrupları göndərilib. Avtobusda olan 14 nəfərin hadisə yerində öldüyü açıqlanıb.

Vasitədə sıxışan yaralılardan bəziləri qruplar tərəfindən çətinliklə çıxarılaraq təcili yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılıb.

Tayland Regional Polis rəisi Weerapat Ketesa bildirib ki, qəzadan sağ çıxan avtobus sürücüsünün yuxulu olduğu aşkarlanıb. Faktla bağlı istintaq hələ də davam edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal