Dizaynı dəyişdirilən Qırğızıstanın bayrağı paytaxt Bişkekdə təşkil edilən mərasimlə qaldırılıb.
Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev və Nazirlər Şurasının sədri Kilitbek Çaparovun iştirakı ilə Ala-Too meydanında dizaynı dəyişdirilən ölkə bayrağının ucaldılması mərasimi keçirilib.
Mərasimdə dövlət katibi Suyunbek Kasmambetov, fövqəladə hallar naziri Boobek Ajikeyev, Baş Qərargah rəisi Ruslan Mukambetov, Bişkek Böyükşəhər meri Aybek Dunuşəliyev, 1992-ci ildə ölkə bayrağının dizaynında iştirak etmiş Jusup Matayev və Bekbosun Cayçibekov da iştirak ediblər. Hərbi orkestr Qırğızıstanın Dövlət Himnini səsləndirərkən əsgərlər nəhəng bayrağı qaldırıblar.
Parlamentin sədri Şakiyev və deputat Ulan Primov tərəfindən hazırlanan “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında qanuna dəyişiklik edilməsi haqqında” təklifi 22 dekabr 2023-cü il tarixində prezident Sadır Coparov təsdiqləyib. Buna uyğun olaraq ölkə bayrağındakı dalğavari günəş şüaları yastılaşdırılıb və ortadakı motivdəki xətlərin sayı artırılıb.
Mənbə: TrtHaber
Aynur Camal