Qırmızı dənizdə gərginlik artır… Yəmən sahillərində partlayış!backend

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi Yəmən sahillərində Qırmızı dənizdə partlayış baş verdiyini açıqlayıb.

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən açıqlamada Yəmən sahillərində Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının və raketlərin göründüyü bildirilib. Açıqlamada, Hudeydə şəhərinin qərbində 50 dəniz mili uzaqlıqda 2 pilotsuz uçuş aparatının müşahidə edilməsindən sonra bir gəmi yaxınlığında 2 partlayışın baş verdiyi bildirilib.

UKMTO həmçinin raketlərin görülməsindən sonra Hodeydadan 60 mil uzaqlıqda ayrı bir partlayışın baş verdiyini açıqlayıb.

Partlayışların eyni gəmini hədəf alıb-almadığı hələ məlum olmasa da, hər iki hadisədə gəminin və heyətin təhlükəsiz olduğu bildirilib.

 Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Ötən həftə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə qarşı artan hücumlarına qarşı Yəməndə ABŞ-ın rəhbərliyi ilə çoxmillətli koalisiya yaradılıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal