Qırmızı dənizdə gərginlik azalmır. Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ-ın iki hərbi gəmisini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı da husilərə aid raketləri vurduğunu açıqlayıb.Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Britaniya qüvvələrinin ölkənin qərbindəki Əl-Hüdeydə şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.
Hücumlar nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat verilməyib.
Husilərin Hərbi Sözçüsü Qırmızı dənizdə ABŞ-ın iki hərbi gəmisinə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildirib.
ABŞ Mərkəzi Komandanlığı da Husi bölgəsindən atılan raketlərin və pilotsuz dəniz vasitələrinin zərərsizləşdirildiyini açıqlayıb.
Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixində İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz uçuş aparatları ilə hücum etməyə başladılar.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlamışdı.
31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterlərinin atəşinə məruz qalıb.
Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.
Mənbə: TrtHaber
Aynur Camal