Husilərin Qırmızı dənizdə hücumları artdıqca, ABŞ rəsmisi birbaşa İranı dəniz nəqliyyat xətlərinə hücumların “planlaşdırılmasında iştirak etməkdə” günahlandırır.
İsrailin Qəzzaya hücumları ilə Qırmızı dənizdə artan gərginlik pik həddə çatıb. ABŞ və Böyük Britaniya koalisiya qüvvələri İranın dəstəklədiyi husilərin Yəməndə ticarət gəmilərinə hücumlarını dayandıra bilməyib. ABŞ Qırmızı dənizdə artan gərginliyə görə İrana işarə etsə də, Tehran administrasiyası ittihamları rədd edib. Amma nəhayət, ABŞ Qlobal Kommunikasiyalar Mərkəzinin xüsusi nümayəndəsi və əlaqələndiricisi Ceyms P. Rubin də hücumların arxasında İranın olduğunu iddia edib.
Londonda ABŞ səfirliyi binasında mətbuat nümayəndələri ilə görüşdə açıqlama verən Rubin deyib:
Yanvarın 28-də ABŞ qüvvələri Ərəb dənizində qayıqlarla Yəmənin Husilərin nəzarətində olan ərazilərinə daşınan orta mənzilli ballistik raketlər və digər ölümcül yardımların olduğu 200-dən çox paketi ələ keçirib. Oktyabr ayından bəri husilər Yəməndən İsrailə çoxlu sayda orta mənzilli İran istehsalı ballistik raketlər atıblar. İranlılar münasibətlərini inkar edirlər. Amma faktlar aydındır. “Onlar bütün qlobal gəmiçilik fəaliyyətlərinin sabitliyini pozmaqda öz rollarını gizlətmək üçün aldatma və inkara əl atırlar”.
Asharqul-Awsat xəbərinə görə, Rubin, “Biz bilirik ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə qarşı əməliyyatların planlaşdırılmasında dərindən iştirak edir” deyə cavab verib.
Rubinin İrana qarşı tək ittihamı Qırmızı dəniz deyildi. O, həmçinin İranın Yaxın Şərq regionunda terrorçu qruplar və anarxist aktyorlara görə məsuliyyət daşıdığını qeyd edib. O, həmçinin bildirib ki, bu, HƏMAS-a 7 oktyabr hücumu üçün silah və xüsusi təlimlər təmin etməyə imkan verib. Rubin həmçinin xatırladıb ki, İran öz ərazisində “Əl-Qaidə” rəhbərliyinə ev sahibliyi edir.
Digər tərəfdən, son olaraq Qırmızı dənizdə husilər Yəmənin Ədən limanına gedən Yunan bayraqlı, ABŞ-a məxsus “M/V Sea Champion” yük daşıyıcısına doğru iki gəmi əleyhinə ballistik raket atıblar.
Açıqlamada raketlərdən birinin gəminin yaxınlığında partladığı və cüzi ziyan vurduğu, gəminin Yəmənə taxıl aparmaq üçün yoluna davam etdiyi bildirilib.
“Biz husilərin Yəmənə ərzaq və humanitar yardım daşınmasını birbaşa təhlükə altına qoyan zərərli fəaliyyətlərinə qarşı durmaqda qərarlıyıq”, – deyə bəyanatda bildirilir.
Mənbə: TGRT
Aynur Camal