War Zone (WZ) portalı adı açıqlanmayan Amerika mənbələrinə istinadən xəbər verir ki, Qırmızı dənizdə kimyəvi tankerdə raketlə vurulduqdan sonra yanğın baş verib.
Portalın məlumatına görə, “Strinda” ticarət gəmisi Norveç bayrağı altında üzürmüş. “Yəməndə husilərin nəzarətində olan ərazidən atılan ən azı bir raketin vurulması yanğına səbəb olub”, – deyə mənbələr vurğulayıblar.
Reuters hadisə nəticəsində xəsarət alan olmadığını dəqiqləşdirib. Tanker Bab əl-Məndeb boğazından təxminən 111 kilometr şimalda hücuma məruz qalıb. Yaxınlıqda ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi olub və heyətə kömək edib.
Yanvarda Tailandda Smooth Sea neft tankerinin partlaması ilə bağlı məlumat yayılmışdı. Nəticədə 8 işçi itkin düşüb.
Mənbə: Lenta.Ru
Aynur Camal