“Qiymətlərin artımı yaşayış minimumunu az qala 3 dəfə üstələyir”backend

“Hətta rəsmi statistikanın elan etdiyi rəqəmlərə görə pandemiya başlayan (mart 2020-ci il) dövrlə müqayisədə ən zəruri ərzaq, qeyri-ərzaq və xidmətlərdən ibarət ən zəruri 60 məhsul və xidmət səbətinin dəyəri 25%-dən çox bahalanıb”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, ölkədə yoxsulluğu və sosial ödənişləri müəyyənləşdirmək üçün əsas normativ rolunda çıxış edən yaşayış minimunun dəyərini hökumət son 2 ildə cəmi 10% artırıb: “2020-də 190 manat, hazırda 210 manat. Qiymətlərin artım tempi rəsmi yaşayışı minimunun dəyərinin artım tempini az qala 3 dəfə üstələyir. İlin sonunda da rəsmi statistika çıxıb həmin yaşayış minimumu əsasında yenə 5%-lik yoxsulluq rəqəmi açıqlayacaq…”.