Qızıl mədənində çökmə: 73 nəfər öldübackend

Malidə qızıl mədənində çökmə baş verib.

Nəticədə 73 nəfərin həyatını itirdiyi açıqlanıb. Məlumata görə ərazidə 200-dən çox qızıl mədənçisi olub. Kanqaba qəsəbəsindəki qızıl mədənçilərinin rəsmisi Oumar Sidibe verdiyi açıqlamada aşağıdakı açıqlamaları verib:

“Hər şey səs-küylə başladı. Yer silkələndi. Ərazidə 200-dən çox qızıl mədənçisi var idi. Axtarış artıq başa çatıb. İndiyədək 73 cəsəd tapmışıq”- deyə hökumət mədənçilərə xəbərdarlıq edib.

Hökumətin verdiyi bəyanatda həyatını itirənlərin ailələrinə başsağlığı verilib və mədən sahələrinin yaxınlığında yaşayan icmaları və qızıl mədənçilərini təhlükəsizlik tələblərinə ciddi əməl etməyə və yalnız qızıl kəşfiyyatı üçün ayrılmış ərazilərdə işləməyə çağırıb.

 Dünyanın ən kasıb ölkələrindən biri olan Mali Afrikanın aparıcı qızıl istehsalçılarından biri kimi tanınır.

Mənbə: EnSonHaber

Aynur Camal