Qızıl mədənində çökmə baş verdibackend

Avstraliyanın Viktoriya ştatında qızıl mədəninin çökməsi nəticəsində bir nəfər ölüb.

9News saytının məlumatına görə, əyalət polisi Mount Clear bölgəsində qızıl mədəninin yerli vaxtla saat 17:00 radələrində çökdüyünü bildirib.

Hadisəyə müdaxilə edən polis və xilasetmə qrupları mədəndəki təhlükəsiz əraziyə sığınmağı bacaran 29 işçini xilas edib.

Polis təhlükəsiz əraziyə çata bilməyən və dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu qeyd edib.

Dağılan şaxtanın altında qalan digər işçinin də öldüyü açıqlanıb.

Mənbə: TrtHaber

Aynur Camal