Qlobal işsizlik 2024-cü ildə artacaqbackend

Qlobal işsizlik səviyyəsinin 2024-cü ildə artacağı proqnozlaşdırılırdı.

2023-cü ildə qlobal işsizlik səviyyəsi 5,1 faiz təşkil edib. Məlumat 2022-ci ildə 5,3 faiz olaraq qeydə alınmışdı. Qlobal iş yeri boşluğu və əmək bazarında iştirak nisbətləri isə 2023-cü ildə yaxşılaşmışdı.

Buna baxmayaraq, 2024-cü ildə iş axtaranların sayının 2 milyon nəfər artacağı gözlənilir. 2024-cü ildə qlobal işsizlik səviyyəsinin 5,2 faizə yüksələcəyi təxmin edilirdi.

Gündə 2,5 dollardan az qazanan həddindən artıq yoxsulluq şəraitində yaşayan işçilərin sayı 2023-cü ildə təxminən 1 milyon nəfər artıb. Gündə 3,65 dollar qazanan orta yoxsulların sayı 8,4 milyon artıb. Qeydə alınmamış iş dərəcələrinin 2024-cü ildə sabit qalacağı və qlobal işçi qüvvəsinin təxminən 58 faizini təşkil edəcəyi təxmin edilirdi.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2023-cü ildə iqtisadi şəraitin pisləşməsinə baxmayaraq əmək bazarlarının dayanıqlı olduğunu açıqlayıb.

BƏT-in “Dünyada Məşğulluq və Sosial Görünüş: Trendlər 2024” hesabatına əsasən, 2024-cü ildə qlobal işsizlik səviyyəsi artacaq. Hesabata görə, iş axtaran işsizlərin sayı pandemiyadan əvvəlki səviyyədən aşağı düşüb.

Mənbə: Ntv.Tr

Aynur Camal