Qlobal istiləşmə 14 il əvvəl kritik həddi keçibbackend

Planetimiz 12-14 il əvvəl kritik qlobal istiləşmə həddi olan 1,5°C-ni keçmişdi. Qərbi Avstraliya Universitetinin Okean İnstitutunun avstraliyalı geokimyaçıları bu qənaətə gəliblər. Tədqiqat Nature Climate Change (NCC) elmi jurnalında dərc olunub.

Alimlər Karib dənizində Puerto-Riko yaxınlığında aşkar edilmiş uzunömürlü dəniz süngəri Ceratoporella nicholsoninin 300 illik skeletlərini tədqiq ediblər. Bu orqanizmlərdə kalsium və stronsium elementlərinin tərkibi ətraf mühitin temperaturundan asılı olaraq dəyişir ki, bu da süngərlərdən bir növ termometr kimi istifadə etməyə imkan verir.

Təhlil göstərirdi ki, Yer kürəsi hələ 1860-cı illərin ortalarında isinməyə başlayıb, bu dövr sənayedən əvvəlki baza hesab olunur və BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) tərəfindən iqlim dəyişikliyinin qiymətləndirilməsində istifadə olunur.

Nisbətən sabit olan 1700-1860-cı illər ərzində qlobal dəniz səthinin temperaturu vulkan püskürmələri ilə bağlı qısa soyutma dövrləri istisna olmaqla, 0,2°C-dən az dəyişin.

Əvvəlki dövrü sənayedən əvvəlki baza kimi istifadə edərək, elm adamları qlobal temperaturun IPCC-nin proqnozlaşdırdığından faktiki olaraq 0,5°C daha çox artdığını təxmin edirlər.

“Bu, ümumi istiləşmə miqdarı ilə müqayisədə böyük fərqdir. Üstəlik, təqribən 2010-2012-ci illərdə qlobal istiləşmə 1,5 °C-i ötüb və növbəti bir neçə ildə 2 °C-dən çox ola bilər”, – tədqiqatın aparıcı müəllifi Malkolm MakKulloç bildirib.

McCulloch qeyd edib ki, onun komandası süngər analizi əsasında temperatur məlumatlarının düzgünlüyünü sınaqdan keçirib, bunu 1964-cü ildən 2012-ci ilə qədər olan orta qlobal temperaturun rekordları ilə müqayisə edib. Alimin sözlərinə görə, nəticələr “əla uyğundur”.

Sənayedən əvvəlki səviyyələrlə müqayisədə kritik istiləşmə həddi 1,5°C 2015-ci ildə Paris iqlim sazişləri ilə müəyyən edilmişdir. Avstraliyalı alimlərin kəşfi onu göstərə bilər ki, qlobal istiləşmə ilə mübarizə müqaviləsi bağlanarkən müəyyən edilmiş limit artıq bir neçə il keçib.

Mənbə: mail.ru

Aynur Camal