Tədqiqatçılar 2029-cu ilə qədər qlobal istiləşmə səviyyəsini 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq hədəfinin dönməz şəkildə keçə biləcəyini aşkar ediblər.
“Nature Climate Change” jurnalında dərc edilən araşdırmada Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) dərc etdiyi hesabatdakı məlumatlar yenidən araşdırılıb.
Bu çərçivədə, IPCC hesabatında yalnız 2020-ci ilə qədər olan məlumatlara əlavə olaraq, son 3 ildə təxmin edilən karbon emissiyaları və istiləşməyə təsir edən qeyri-karbon amillərinin rolu nəzərə alınaraq yenidən hesablamalar aparılıb.
Tədqiqatçılar qalıq yanacaqlardan istifadənin “qlobal istiləşməni 2 dəfə sürətləndirdiyini” vurğulayaraq, Paris İqlim Sazişində müəyyən edilmiş istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində sabit saxlamaq həddinin uzun illər sonra deyil, 2029-cu ilə qədər geriyə dönməz şəkildə keçə biləcəyini müəyyən ediblər.
Atmosferdəki karbon qazı və digər qazların dünyada radiasiyanı tutaraq istixana qazı effekti yaratdığına və buna görə də temperaturun artmasına səbəb olduğuna diqqət çəkən tədqiqatçılar, temperaturun uzun müddət mövsüm normalarının üzərində qalması üçün kifayət qədər istixana qazının buraxılmış ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Karbon büdcəsi gözləniləndən çox azalıb
“Dünya yalnız 500 milyard ton daha çox karbon buraxa bilər” təsbiti ilə bağlı yeni hesablamalar aparan tədqiqatçılar, bu rəqəmin daha az olduğunu proqnozlaşdırıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, havanın əhəmiyyətli dərəcədə çirklənməsinə səbəb olan və ümumiyyətlə qalıq yanacaqlardan istifadə edildikdən sonra ortaya çıxan “aerozollar” adlanan hisli hissəciklər günəş işığını geri əks etdirərək atmosferi “gözləniləndən çox” soyutmağa kömək edir.
Bununla belə, müxtəlif səbəblərdən aerozolların azalmasının qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində sabitləşdirilməsi hədəfi üçün müəyyən edilmiş karbon büdcəsindən 100 milyard ton azalma demək olduğunu bildirən tədqiqatçılar, digər amillərlə birləşdirildikdə ümumi karbonun büdcə 250 milyard tona qədər azalıb.
Tədqiqatçılar vurğulayıblar ki, qlobal karbon emissiyaları 1,5 dərəcə Selsidən çox olmamaq üçün 2050-ci ilə deyil, 2034-cü ilə qədər sıfırlanmalıdır.
Mənbə: TrtHaber
Aynur Camal