Qobustanda kütləvi zəhərlənmə, bir ailənin 5 üzvü siçan dərmanı içdibackend

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

“Yeni Gündəm”in məlumatına görə, Qobustan şəhər sakinləri – Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.