Qocalar evində baş verən yanğında 4 nəfər öldü, 23 nəfər yaralandıbackend

Almaniyada qocalar evində baş verən yanğında 4 nəfər ölüb, 23 nəfər yaralanıb

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğında ilkin məlumatlara görə 4 nəfər ölüb, 23 nəfər yaralanıb. Polisin verdiyi açıqlamaya görə, 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində yerli vaxtla saat 03.50-də yanğın baş verib.

Hadisə yerinə gələn və söndürməyə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Yanğın böyük ölçüdə söndürülüb, baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Mənbə: TrtHaber

Aynur Camal